суббота, 5 ноября 2011 г.

МОДА


Qohum funksiyalar: 
Sintaksis:
    МОДА(число1; число2;...)
Nəticə:
    Verilənlər intervalında ən çox rast gəlinən qiymti əks etdirir.
Arqumentlər:
    число1, число2, ... modası hesablanacaq 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  •      arqumentlər ədədlər və ya adlar, ədədlrdən ibarət massivlər və ya istinadlar ola bilər;
  •      əgər massiv və ya istinad olan arqument özündə mətn, məntiqi qiymət və ya boş oyuqları ehtiva edirsə, belə qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətin ehtiva edən oyuqlar nəzərə alınır.
  •      əgər verilənlər çoxluğunda təkrar olunan verilənlər yoxdursa, onda МОДА funksiyası funksiyanın yerləşdiyi oyuğa #Н/Д səhv qiymətini yerləşdirir.
Riyazi-statistik interpretasiya:
     Moda(Мо) statistik külliyyatın ən çox rast gəlinən vaianta və ya əlamətin nəzəri paylanma əyrisinin maksimum nöqtəsinə uyğun olan qiymətinə deyilir. Moda kommersiya fəaliyyətində alıcı tələbatının öyrənilməsində geniş istifadə olunur (paltar və ayaqqabının tezsatılan ölçülərinin, ən çox istehlak olunan ərzaq məhsullarının növünün və s.). Diskret variasiya sırasında moda ən böyük tezliyə malik olan variantdır.

Misal
8 adamdan ibarət briqadanın fəhlələrinin tarif dərəcələri aşağıdakı kimidir: 4; 3; 4; 3; 3; 6; 2; 6. Modanı təyin etməli.


Həlli
Verilən briqadada 3-cü dərəcəli fəhlələrin sayı ən çox olduğuna görə bu dərəcə modal qiymətdir. Mo =3.
İndi də modanı МОДА funksiyasının köməyilə təyin edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
1
4
3
4
3
3
6
2
6

2.    Nəticənin yazılacağı oyuğu seçək ($A$3).
3.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından МОДА funksiyasını seçək. Bu zaman МОДА funksiyasının dialoq pəncərəsi əmələ gələcək. 
4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:H1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 oyuğunda hesablamanın nəticəsi olan 3 qiyməti əmələ gələcəkdir.